Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında 1/8 final mərhələsi matçına çıxıb.
Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Türkiyə yığması ilə üz-üzə gəlib.
İstanbul şəhərində yerləşən “Sinan Erdem” idman zalında baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:0 (25:14, 25:16, 25:22).













