“Qəbələ” baş məşqçi Kaxaber Tsxadadze ilə yollarını ayırıb. Gürcüstanlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Qəbələ” cari mövsüm Misli Premyer Liqasının ilk üç turunda 1 xal toplayıb və qol vura bilməyib.

Xatırladaq ki, Tsxadadze 2024-cü ilin fevralından bölgə klubunu çalışdırırdı. Onun rəhbərliyi altında 2023/2024 mövsümündə aşağı diviziona yuvarlanan “qırmızı-qaralar” növbəti futbol ilində 1-ci Liqanın qalibi olaraq yenidən elitaya qayıtmışdı.