Azərbaycan idman gimnastları Belarusun Mogilyov şəhərində keçirilmiş Açıq Kubok turnirində 7 medal qazanıblar. Komandamız yarışda 8 idmançı ilə mübarizə aparıb. Onlardan Albina Əliyeva qızıl (dayaqlı tullanma – 13.483 xal), Rəsul Əhmədzadə gümüş (sərbəst hərəkətlər – 13.050 xal) və iki bürünc (dəstəli at – 13.000 xal, paralel qollar – 12.875 xal), Dəniz Əliyeva gümüş (dayaqlı tullanma – 12.733 xal) və bürünc (sərbəst hərəkətlər – 11.733 xal), Leyla Məmmədzadə bürünc medal (dayaqlı tullanma – 12.883 xal) əldə edib.