Voleybol üzrə qadınlar arasında Avropa çempionatında ikinci yarış günü geridə qalıb.
A qrupunda Polşa Macarıstandan, Sloveniya Almaniyadan 3:0 güclü olub. B qrupunda Çexiya Avstriyaya 3:0, Yunanıstan Ukraynaya 3:2 qalib gəlib. İkinici qələbəsini qazanan Çexiya yoluna maksimum nəticə ilə davam edir. Azərbaycan millisinin də yer aldığı C qrupunda Belçika İspaniyanı 3:2 məğlub edib. D qrupunda favoritlərdən İtaliya Xorvatiyanın ardından Monteneqronu da 3:0 üstələyib. Niderland Rumıniya, İsveç Slovakiya üzərində 3:2-lik qalibiyyət əldə edib.
Avropa çempionatının üçüncü oyun günün də C qrupunun matçında Portuqaliya və Belçika kollektivləri üz-üzə gələcək. Saat 15:30-da başlayacaq görüş “CBC Sport”la canlı yayımlanacaq.
Turnirə qələbə ilə başlayan Azərbaycan yığmasının növbəti rəqibi İspaniya olacaq. Qarşılaşma saat 18:30-da başlayacaq. Seçməmizin oyunu ilə yanaşı Fransa – Xorvatiya və Sloveniya – Türkiyə duelləri “CBC Sport”un yutub kanalı ilə izləyicilərə təqdim ediləcək.











