Misli Premyer Liqasında II tura start verilib.
Açılış matçı Qəbələ şəhər stadionunda keçirilib. Burada yerli “Qəbələ” “Şəfa”nı qəbul edib. Oyun “Şəfa”nın 1:0 hesablı qələbəsi ilə bitib. Bununla da 22 il sonra elitaya qayıdan və birinci görüşündə “Zirə”yə uduzan Bakı klubu ilk 3 xalını əldə edib.
İlk turda “Turan Tovuz”a məğlub olan “Qəbələ”nin isə xalı yoxdur.















