Azərbaycan, Türkiyə, İsveç və Çexiyanın ev sahibliyi etdiyi qadınlar arasında voleybol üzrə Avropa çempionatı start götürüb.

C qrupunda yarışan Azərbaycan millisi ilk oyununda Portuqaliya seçməsi ilə üzləşib. Qarşılaşma komandamızın 3:1 hesablı qələbəsi ilə bitib.

Azərbaycan növbəti görüşdə İspaniya yığması ilə münasibətlərə aydınlıq gətirəcək.