Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.
Dördüncü yarış günündə yunan-Roma güləşində Azərbaycanın iki təmsilçisi medal qazanıb. 60 kq-da mübarizə aparan Ayxan Cavadov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün zirvəsinə qalxıb. Bu, onun ikinci dünya çempionluğudur. 82 kq-da isə Elmin Əliyev üçüncü yeri tutub.
Hazırda Azərbaycan millisinin aktivində 1-i qızıl, 1-i gümüş, 3-ü bürünc olmaqla 5 medal var. Daha əvvəl Cavidan Nehmətov (77 kq) gümüş, Emin Cavadov (55 kq) və Tural Əhmədov (63 kq) bürünc mükafat qazanıb.












