Serbiyanın Loznitsa şəhərində 19 yaşadək boksçular arasında Avropa çempionatı keçirilir. Yarışda Azərbaycan idmançıları da iştirak edir.
Qadınların mübarizəsində bir təmsilçimiz yarımfinala yüksəlib. Belə ki, 48 kq-da Banuçiçək Nəsirli 1/4 finalda Katarjina Qornisieviçi (Polşa) 3:2 (30:27, 28:29, 28:29, 30:27, 29:28) hesabı ilə məğlub edib.
O, yarımfinala vəsiqə qazanmaqla özü üçün azı bürünc medalı təmin edib. Boksçu avqustun 20-də final uğrunda Ellen Coysla (İrlandiya) döyüşəcək. Qeyd edək ki, bu gün Azərbaycanın daha 4 idmançısı 1/4 final görüşünə çıxacaq.












