Slovakiyanın paytaxtı Bratislavada 20 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

Yarışda iştirak edən Azərbaycanın yunan-Roma güləşi millisi aktivinə iki medal yazdırıb.

77 kq-da yarışan Cavidan Nehmətov yalnız finalda ermənistanlı Samvel Terteryana uduzaraq ikinci yeri tutub.

63 kq-da isə Tural Əhmədov isə bürünc mükafata sahib çıxıb.