Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi İlham Zəkiyev (J1, +95 kq) qızıl medala sahib çıxıb.
Yarımfinalda Böyük Britaniyadan Deniel İnqlişi, həlledici görüşdə isə ispaniyalı Qarros Suarezi məğlub edən Zəkiyev karyerasında 10-cu dəfə qitənin ən güclüsü adını qazanıb.
Qeyd edək ki, Avropa çempionatında daha əvvəl Saleh Sultanov (J1, 81 kq) və Dürsədəf Kərimova (J2, +70 kq) bürünc medal əldə ediblər.











