Misli Premyer Liqasının I turu çərçivəsində günün ikinci oyunu baş tutub.

“Bank Respublika Arena”da keçirilən matçda “Sabah” “Kəpəz”i qəbul edib. “Bayquşlar” Coy-Lens Mikels və Ksander Severinanın qolları ilə 2:0 hesablı qələbə qazanıb.

Sabah I turun daha iki görüşü təşkil ediləcək. Saat 19:00-da “Sumqayıt” evdə “Neftçi” ilə üzləşəcək. 21:00-da isə “Zirə” və “Şəfa” kollektivləri meydana çıxacaqlar.