Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.
O, avqustun 27-də UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Rakuv” (Polşa) – “Hayduk” (Xorvatiya) matçında ədaləti qoruyacaq.
Ağayevə yan xətlərdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim Kamal Umudlu olacaq. VAR-da ingiltərəli Piter Benks və İnqilab Məmmədov çalışacaqlar.
Xatırladaq ki, “Rakuv”un heyətində Azərbaycan millisinin üzvü Mahir Emreli də çıxış edir.

















