Bu gün Misli Premyer Liqasında I turun daha iki oyunu keçiriləcək.
Saat 18:30-da başlayacaq matçda “Araz-Naxçıvan” “İmişli”ni qəbul edəcək. Qəbələ şəhər stadionunda təşkil ediləcək görüşdə ədaləti Əliyar Ağayev qoruyacaq.
Son çempion “Sabah” isə doğma “Bank Respublika Arena”da “Kəpəz”lə üzləşəcək. Saat 20:45-də start götürəcək qarşılaşmanı Fərid Hacıyev idarə edəcək.















