“Neftçi”nin futbolçusu İmad Farac Tunisin “Esperans” klubuna transfer olunub.

Bakı klubu “Esperans”ın bu keçidlə bağlı təklifini və 27 yaşlı fransalı vingerin karyerasını yeni klubda davam etdirmək istəyini nəzərə alaraq, bu təklifi müsbət dəyərləndirib.

Qeyd edək ki, Farac 2025-ci ilin iyul ayında Kiprin “AEK Larnaka” klubundan “ağ-qaralar”a keçmişdi.