Misli Premyer Liqasında 2026/2027 mövsümü start götürüb.
Çempionatın açılış matçı Tovuz şəhər stadionunda təşkil edilib. Burada yerli “Turan Tovuz” “Qəbələ”ni qəbul edib. Qarşılaşma qərb təmsilçisinin 1:0 hesablı qalibiyyəti ilə bitib. Yeganə qolu Enrike vurub.
Sabah I turun daha iki oyunu keçiriləcək. Saat 18:30-da başlayacaq “Araz-Naxçıvan” – “İmişli” və start fiti saat 20:30-da səsləndiriləcək “Sabah” – “Kəpəz” matçları “CBC Sport”la canlı yayımlanacaq.















