2025/26 mövsümü UEFA Çempionlar Liqasının Liqa mərhələsində Azərbaycanı təmsil edəcək “Qarabağ”ın oyunlarının vaxtı müəyyənləşib. Ağdam klubu ilk matçını sentyabrın 16-da, sonuncu görüşünü isə gələn il yanvarın 28-də keçirəcək. Maraqlıdır ki, “köhlən atlar” üçün həm açılış, həm də bağlanış qarşılaşması səfərdə olacaq. Komandamızın oyun təqvimi belədir:

1-ci tur, 16 senyabr
“Benfika” (Portuqaliya) – “Qarabağ”

2-ci tur, 1 oktyabr

“Qarabağ” – “Kopenhagen” (Danimarka)

3-cü tur, 22 oktyabr

“Atletik Bilbao” (İspaniya) – “Qarabağ”

4-cü tur, 5 noyabr

“Qarabağ” – “Çelsi” (İngiıtərə)

5-ci tur, 25 noyabr

 “Napoli” (İtaliya) – “Qarabağ”

6-cı tur, 10 dekabr
“Qarabağ” – “Ayaks” (Niderland)

7-ci tur, 21 yanvar

“Qarabağ” – “Ayntraxt” (Almaniya)

8-ci tur, 28 yanvar

“Liverpul” (İngiltərə) – “Qarabağ”