Yeni mövsümdə FIBA Avropa Kubokunda yarışacaq “Neftçi” basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

“Ağ-qaralar” ABŞ-li Robert Hovardla anlaşıb.

Basketbolçu ilə 2026/2027 mövsümünün sonunadək müqavilə imzalanıb. 29 yaşlı və 203 sm boya malik təcrübəli hücumçu karyerası ərzində Avstriya, Çexiya, Belçika çempionatlarında çıxış edib. Onun son klubu Slovakiya təmsilçisi “Slovan Bratislava” olub.