Bu gün Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” III təsnifat mərhələsində cavab oyununa çıxacaq. Polşada “Dinamo Kiyev”ə 0:1 uduzan Ağdam klubu bu dəfə rəqibini doğma meydanda qəbul edəcək.

Son 12 mövsümdə ardıcıl olaraq avrokubokların əsas mərhələsində yarışan Qurban Qurbanovun kollektivi qarşılaşmaya olduqca ciddi hazırlaşır. Ağdamlıların heyətində itkilər var. Zakaria Savo UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında CSKA Sofiya ilə oyunda zədələndiyi üçün komandasına kömək edə bilməyəcək. Cebrail Makreçkis isə Ukrayna təmsilçisi ilə ilk oyunun son dəqiqələrində qırmızı vərəqə alaraq cəzalı duruma düşüb. Rəqib isə Bakıya tam optimal formada gəlib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo Kiyev” matçını ingiltərəli referi Stüart Atvell idarə edəcək. Saat 20-də start götürəcək görüş “CBC Sport”la canlı yayımlanacaq.