Bolqarıstanın paytaxtı Sofiyada keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında fərdi yarışlara yekun vurulub. 13 cüdoçu ilə mübarizəyə qoşulan Azərbaycan iki medal qazanıb. 50 kq-da Anar Quliyev və 60 kq-da Zeyd Ələsgərov bürüncə yiyələnib. Sabah mundialda qarışıq komanda yarışı baş tutacaq.