Avqustun 16-dan 23-dək Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı keçiriləcək. Turnirdə Azərbaycan milli komandası da iştirak edəcək.

Emin Cavadlı (55 kq), Ayxan Cavadov (60 kq), Tural Əhmədov (63 kq), Murad Əliyev (67 kq), Kamran Rəcəbli (72 kq), Cavidan Nehmətov (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), Rihad İbrahimli (97 kq) və Mikayıl İsmayılovdan (130 kq) ibarət yunan-Roma güləşi seçməmiz böyük məşqçi Turac Hüseynli, məşqçilər Emin Əhmədov, Həsən Əliyev və Akif Əliyevin rəhbərliyi altında medallar uğrunda mübarizə aparacaq.

Böyük məşqçi Əşfəf Əliyev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əsgərxan Novruzovun rəhbərliyi altındakı sərbəst güləş millimiz Muhəmməd İsmayılov (57 kq), Camal Abbasov (61 kq), Bəşir Verdiyev (65 kq), Hacı Kərimov (70 kq), İsmayıl Rəhimli (74 kq), Elcan İsmayılzadə (79 kq), Məhəmməd Abbaszadə (86 kq), Hüseyn Məmmədtağızadə (92 kq), Fərhad Süleymanlı (97 kq) və Yusif Dursunovdan (125 kq) ibarətdir.

Qadın güləşi komandası çempionatına baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevın rəhbərliyi altında Esra Məmmədli (53 kq), Günay Qurbanova (57 kq), Ruzanna Məmmədova (59 kq) və Zəhra Kərimzadə (72 kq) ilə yollanacaqlar.

Qeyd edək ki, dünya çempionatında I dərəcəli hakimlərimiz Tural Əliyevlə Vüqar Şükürov ədaləti qoruyacaqlar.