Bu gün UEFA Superkubokunun qalibi bəlli olacaq. Həlledici görüşdə PSJ ilə “Aston Villa” üz-üzə gələcək. Tarixində bir dəfə – 1982-ci ildə titula sahib çıxmış “Aston Villa” 44 illik həsrətə son qoymaq istəyir. Klubun baş məşqçisi Unay Emeri isə 3 dəfə superkubokda çıxış etsə də, hər dəfə məğlubiyyətlə üzləşib. Bu oyundan öncə əsas itki zədəli Amadu Onananın olmaması hesab edilir. Leon Beyli və Joan Manzambinin durumu isə bəlli deyil. Unay Emeri oyundan öncə rəqibin favorit olduğunu etiraf edib.

“Yüksək səviyyəli futbolçu və baş məşqçisi olan belə bir klubla rəqabət aparmaq əsl imtahandır. Mənim güclülərlə mübarizə aparmaq xoşuma gəlir. Bu, inkişafa kömək edir. Əlbəttə optimal heyətə güvənə bilmirik. Amma PSJ də həmin vəziyyətdədir. Öz potensialımızdan maksimum istifadə etməyə çalışacağıq, ancaq favorit statusu PSJ-yə məxsusdur.

Ötən il tarixində ilk dəfə UEFA superkubokunu qazanmış PSJ bu uğurun davamını gətirmək istəyir. Lakin dünya çempionatından yenicə qayıtmış Usman Dembele, Bredli Barkola, Fabian Ruisə Lusi Enrikenin bu vacib görüşdə güvənəcəyi sual altındadır. İndiyədək yalnız iki görüş keçirən komandaların dueli 2024-2025 mövsümündə UEFA Çempionlar Liqasında qeydə alınıb. O vaxt PSJ evdə 3:1 qalib gəlib, səfərdə 2:3 uduzmuşdu və top fərqinə görə yarımfinala adlamışdı. Luis Enrike titulu qorumaq istədiklərini söyləyib.

“Son iki mövsümə baxsaq, bizə qalib gələn komandalar səviyyəsini göstərib. “Aston Villa” da bura daxildir. Rəqibi gözlənilməz addımlarla təəccübləndirməliyik. Məhz buna çalışırıq. Biz mövsümü titul qazanmaq istəyi ilə başlayacağıq. Bizim üçün vəziyyət dəyişib, indi hamı bizi favorit hesab edir. Amma bu ancaq nəzəriyyədir, gərək bunu meydanda sübut edək. Ardıcıl 3-cü dəfə UEFA Çempionlar Liqasını qazanmaq və “Real Madrid”ə çatmaq istəyirik. Bu mənada bizdən yüksək motivasiya heç kimdə yoxdur. Amma bu heç də asan olmayacaq, tarix bunu dəfələrlə göstərib.”

Qeyd edək ki, saat 23-00-da başlanacaq görüşün baş hakimi Somalidən Omar Artan olacaq. Qarşılaşma “CBC Sport”la canlı yayımlanacaq.