“Araz-Naxçıvan” heyətinə daha bir oyunçunu cəlb edib.
Muxtar Respublika təmsilçisi Boyan Letiçlə 1 mövsümlük müqavilə imzalayıb. Son klubu “Sabah” olan 33 yaşlı sol cinah müdafiəçi 2022-ci ilin fevralından bu ilin yanvarınadək “bayquşlar”da çıxış edib.
Bosniya və Herseqovinadan olan futbolçu həmçinin, müxtəlif illərdə “Kozara Qradişka”, “Borac Şamaç”, “Velej Mostar”, “Karvina”, “Sarayevo”, “Radniçki Niş” və “Mirandeş”də də forma geyinib.
















