Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Azərbaycanın turnirdəki təmsilçisi “Sabah” sözügedən etapda ikinci matçına çıxacaq.
Danimarkada “Orhus”a 1:2 hesabı ilə məğlub olan “bayquşlar” bu dəfə rəqibini doğma meydanda qəbul edəcək.
“Əlincə Arena”da təşkil ediləcək qarşılaşma saat 20:00-da başlayacaq. Görüşdə ədaləti fransalı referi Villi Delajo qoruyacaq.

















