Azərbaycan Voleybol Federasiyası (AVF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən çimərlik voleybolu üzrə klublararası ölkə çempionatı başa çatıb.

Avqustun 4-də start götürən çempionatın son yarış günündə qaliblər müəyyənləşib. Qadınların mübarizəsində “Azerrail Salam” klubu “Azerrail Salam Sharing” kollektivini 2:0 məğlub edərək çempion olub. Kişilər arasında isə “Djevo”ya 2:1 qalib gələn “FHN-2” komandası qızıl medala sahib çıxıb.

Çempion olan komandalar bu il keçiriləcək klublararası Avropa çempionatında ölkəmizi təmsil edəcəklər.