Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduz hücumçusu Kriştianu Ronaldu peşəkar karyerasında 940-cı qolunu vurub. Futbolçu bu nəticəyə Səudiyyə Ərəbistanı çempionatının ilk turunda “Əl-Taavun”a qarşı matçda nail olub. “Əl-Nəssr”in 5-0 hesablı hesablı qələbəsi ilə başa çatan matçda “KriRo” penaltini dəqiq yerinə yetirib. Ümumilikdə Ronaldunun klub karyerasında “Real Madrid”də 450, “Mançester Yunayted”də 145, “Yuventus”da 101 və “Əl-Nəsr”də 101, “Sportinq”də isə 10 qolu var. O, milli komandanın heyətində isə 138 dəfə fərqlənib.
Dünya futbolu Kriştianu Ronaldu 940-cı qolunu vurdu














