Misirli ulduz futbolçu Mohammed Salahın “Trabzonspor”a keçidi rəsmiləşib.

Türkiyə klubu azad agent statusunda olan oyunçu ilə 2 mövsümlük müqavilə imzalayıb. Salahın Trabzon təmsilçisində ilinə 17 milyon dollar qazanacağı qeyd olunur.

Son olaraq “Liverpul”un formasını geyinən Salah 9 çıxış etdiyi mersisaydlıların heyətində 442 oyuna 257 qol vurub və mümkün bütün titulları qazanıb.