Azərbaycan millisinin üzvü Ramil Şeydayev karyerasını Rusiyada davam etdirəcək.

Hücumçu bu ölkənin I Liqa təmsilçisi “Soçi”nin rənglərinə bürünüb. Onunla 1 mövsümlük müqavilə imzalanıb.

Qeyd edək ki, Şeydayev son olaraq “Qarabağ”ın formasını geyinib.