III MDB Oyunlarında Azərbaycan 23 idman növündə 340 idmançı ilə iştirak edəcək. Ümumilikdə nümayəndə heyətinin sayı isə 475 nəfər olacaq. 32 idmançımızın yarışacağı cüdo və qılıncoynatma ən çox təmsilçimiz olan növləridir. Taekvondo və voleybolda isə 28 idmançı mübarizə aparacaq. Azərbaycanlı idmançılar həmçinin komanda idman növlərində də çıxış edəcəklər: futbol, çövkən, voleybol və 3×3 basketbol. Bundan əlavə, bədii gimnastikada ölkəmiz qrup hərəkətləri komandası ilə təmsil olunacaq. Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın 7 şəhərində – Gəncə, Qəbələ, Mingəçevir, Göygöl, Xankəndi, Yevlax və Şəkidə keçiriləcək. Oyunların açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq.