Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turu keçiriləcək.
Bu barədə Azərbaycan Cüdo Federasiyasından bildirilib.
İyulun 29–dan 31-nə qədər Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə 86 klub və idman cəmiyyətindən 670 idmançı (523 oğlan, 147 qız) 16 çəki dərəcəsində mübarizə aparacaq.
Bu, cari ildə U-17 Liqa yarışının son turudur və idmançıların reytinq cədvəlinin formalaşmasında önəmli rol oynayacaq.














