Yeni mövsümə hazırlaşan “Şamaxı” növbəti yoxlama oyununda gücünü sınayıb.

Şirvan klubu Qətərin 2-ci liqa təmsilçisi “Əl-Xaritiyat” klubu ilə üz-üzə gəlib. Görüş “Şamaxı”nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan təmsilçisinin qollarını Uğur Cahangirov, Edqar Adilxanov və Emin Rüstəmov vurublar.