“Murov Az Terminal” voleybol klubunun kişilərdən ibarət komandasının yeni baş məqşçisi açıqlanıb.

Kollektivi italiyalı mütəxəssis Françesko Kadeddu idarə edəcək. Kadeddu, buna kimi ölkəsi ilə yanaşı Bolqarıstan, Rumıniya, Slovakiya, Latviya, Rusiya, Misir və Polşa klublarında işləyib. O, həmçinin İtaliya və Bolqarıstanın gənclər komandalarının sükanı arxasında olub.

Kaddedunun rəhbərliyində U-21 Bolqarıstan millisi dünya çempionatlarının gümüş və bürünc mükafatlarını əldə edib.