Peşəkar Futbol Liqasının Ümumi Yığıncağı keçirilib. Tədbirdə növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezident seçkilərinə start verilib.

Vahid namizəd olan Elxan Səmədov səsvermənin nəticələrinə əsasən yekdilliklə Peşəkar Futbol Liqasının prezidenti seçilib.

Ardınca PFL-in İdarə Heyətinin yeni tərkibi səsverməyə çıxarılıb və yekdilliklə təsdiq olunub. Növbəti 4 il müddətində Məlik Həsənov idman işləri üzrə müşavir, Aslan Şahgəldiyev vitse-prezident, Zaur Hacı-Məhərrəmov icraçı direktor, Elgiz Abbasov texniki-idman direktoru, Sənan Abdullayev isə media və marketinq direktoru vəzifəsini icra edəcək.