Almaniya milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Dünya Çempionatı-2026-nın 1/16 finalında Paraqvaya məğlubiyyətdən sonra Yulian Naqelsmanla yolları ayıran “Bundestim”i Yurgen Klopp çalışdıracaq. Təcrübəli mütəxəssislə 2030-cu ilə kimi müqavilə imzalanıb.

Qeyd edək ki, son olaraq “Red Bull” idman şirkətində məsləhətçi kimi işləyən Klopp, məşqçilik karyerası ərzində “Maynts”, “Borussiya Dortmund”, “Liverpul” kimi klubları çalışdırıb.