“Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib.

“Qırmızı-qaralar” nigeriyalı Uboçioma Meşakla anlaşıb. 24 yaşlı vingerlə “1+1” illik müqavilə bağlanıb.

Meşakın son klubu Macarıstan təmsilçisi “Kazintsbartsika” olub. O, daha əvvəl “Zalaeqerseq” (Macarıstan), “Nafta” (Sloveniya), “Livinqston”, “Dandi Yunayted” (Şotlandiya) klublarında çıxış edb.