UEFA Konfrans Liqasında yarışan “Neftçi” III təsnifat mərhələsindəki mümkün rəqiblərini öyrənib.

“Ağ-qaralar” “Dinamo Minsk” (Belarus) komandası ilə dueldə qələbə qazanarsa, növbəti etapda “Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

“Neftçi” – “Dinamo Minsk” qarşıdurmasının ilk dueli Bakıda baş tutacaq. İyulun 22-si saat 20:00-da başlayacaq oyun “CBC Sport”la canlı təqdim ediləcək.