UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ”ın III təsnifat mərhələsində mümkün rəqibləri müəyyənləşib.

Ağdamlılar ikinci etapda “ÇSKA Sofiya” (Bolqarıstan) klubunu məğlub edərsə, pley-off mərhələsinə adlamaq uğrunda “Şerif” (Moldova) – “Makkabi Təl-Əviv” (İsrail) cütünün qalibi ilə üzləşəcək.

Əlavə edək ki, iyulun 23-ü keçiriləcək “Qarabağ” – “ÇSKA Sofiya” görüşü saat 20:00-da start götürəcək və “CBC Sport”la canlı yayımlanacaq.