İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Azərbaycan təmsilçisi “Sabah”ın da bu etapda mümkün rəqibi bəlli olub. Komandamız KuPS (Finlandiya) səddini keçərsə, növbəti mərhələdə “Orhus” (Danimarka) – “Lex Poznan” (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

Əlavə edək ki, “Sabah” – KuPS duelində ilk oyun iyulun 21-i keçiriləcək. Matç saat 20:00-da başlayacaq.