Fuad Bayramov “Səbail”ə keçib
“Zirə”dən ayrılan futbolçu Fuad Bayramov karyerasını I Liqada davam etdirəcək.
“Səbail” 28 yaşlı müdafiəçini heyətinə qatdığını açıqlayıb.
Oyunçunun müqaviləsinin müddəti hələlik açıqlanmayıb.
Xatırladaq ki, Fuad Bayramov karyerası ərzində “Şamaxı” və “Turan Tovuz” klublarının da formasını geyinib.


















