Azərbaycanın qızlardan ibarət U-20 basketbol millisi FIBA Avropa çempionatının B divizionunda sonuncu oyununa çıxacaq.
Komanda İsveçrə ilə qarşılaşacaq.
Görüş Bolqarıstanın Samokov şəhərində, Bakı vaxtı ilə saat 16:15-də start götürəcək.
Azərbaycan millisi İsveçrəni məğlub etsə, turniri 10-cu pillədə başa vuracaq.














