Futbol üzrə dünya çempionatında Argentina İsveçrəyə qalib gəlib.
Kanzas stadionunda keçirilən 1/4 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.
Maçtın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qalib hər biri 15 dəqiqədən ibarət əlavə hissələrdə müəyyənləşib.
Argentinalıların heyətində Aleksis Makallister (10), Xulian Alvares (112) və Lautaro Martines (120+1) fərqləniblər. İsveçrənin tək qolu isə Dan Ndoyedən (67) gəlib.
Qeyd edək ki, Argentina seçməsi yarımfinalda İngiltərə ilə qarşılaşacaq.
07:35
Futbol üzrə dünya çempionatının Argentina – İsveçrə oyunundaüçüncü qol vurulub.
“Report”un məlumatına görə, Kanzas stadionunda keçirilən 1/4 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabda irəli çıxıb – 2:1.
112-ci dəqiqədə Julian Alvares fərqlənib.
07:13
Futbol üzrə dünya çempionatının Argentina – İsveçrə oyununda əlavə vaxt başlayıb.
“Report”un məlumatına görə, Kanzas stadionunda keçirilən 1/4 final mərhələsinin matçında tərəflər hərəyə bir dəfə fərqləniblər – 1:1.
Qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılır. Burada da qələbə qazanan olmasa, penaltilər seriyasına ehtiyac duyulacaq.
07:03
Futbol üzrə dünya çempionatının Argentina – İsveçrə oyununun əsas vaxtı başa çatıb.
“Report”un məlumatına görə, Kanzas stadionunda keçirilən 1/4 final mərhələsinin matçında tərəflər hərəyə bir dəfə fərqləniblər – 1:1.
Qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılacaq. Burada da qələbə qazanan olmasa, penaltilər seriyasına ehtiyac duyulacaq.
06:31
Futbol üzrə dünya çempionatının Argentina – İsveçrə oyununda ikinci qol vurulub.
“Report”un məlumatına görə, Kanzas stadionunda keçirilən 1/4 final mərhələsinin matçında avropalılar hesabı bərabərləşdiriblər – 1:1.
67-ci dəqiqədə Dan Ndoye fərqlənib.
06:07
Futbol üzrə dünya çempionatının Argentina – İsveçrə oyununda ikinci hissə başlayıb.
“Report”un məlumatına görə, Kanzas stadionunda keçirilən 1/4 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabda öndədir – 1:0.
10-cu dəqiqədə Aleksis Makallister başla fərqlənib.














