Futbol üzrə dünya çempionatında İngiltərə Norveçə qalib gəlib.

Mayami stadionunda keçirilən matçda ingilislər 2:1 hesablı qələbə qazanıblar.

Maçtın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qalib hər biri 15 dəqiqədən ibarət əlavə hissələrdə müəyyənləşib.

İngilislərin heyətində Cud Bellingem (45+2, 93) dubl edib. Skandinaviyalıların tək qolu isə Andreas Şelderuldan (36) gəlib.

Qeyd edək ki, İngiltərə seçməsi yarımfinalda Argentina – İsveçrə cütünün qalibi ilə qarşılaşacaq.