Azərbaycanı voleybol üzrə avrokubokların 2026/2027 mövsümündə dörd komanda təmsil edəcək.

Yeni mövsümdə Avropa arenasında iki qadın və iki kişi komandamız mübarizə aparacaq.

Son ölkə çempionları “Turan” və “Xilasedici” klubları Çempionlar Liqasında çıxış edəcəklər. Çempionatın gümüş mükafatçıları “DH Volley” və “Ordu” komandaları isə Çelenc Kubokunda uğur qazanmağa çalışacaqlar.

Qeyd edək ki, avrokubokların püşkatma mərasimi iyulun 15-də onlayn formatda keçiriləcək.