“Səbail” növbəti futbolçu keçidini reallaşdırıb.

Bakı klubundan verilən məlumata görə, Vüsal Əliyev komandaya qoşulub.

Son olaraq “Şahdağ Qusar”da çıxış etmiş 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.