Meksika millisi DÇ-2026-nın 1/8 final mərhələsində İngiltərəyə 2:3 hesabı ilə məğlub olaraq 1994-cü ildən bəri səkkizinci dəfə bu mərhələdə mübarizəni dayandırıb.
Şimali Amerika təmsilçisi bundan əvvəl 1994–2018-ci illər arasında keçirilən yeddi ardıcıl dünya çempionatında da 1/8 finaldan irəli gedə bilməyiblər.
Komanda 2022-ci il mundialında isə mübarizəni qrup mərhələsində dayandırıb.
Meksika millisi sonuncu dəfə 40 il əvvəl dünya çempionatının 1/4 finalına yüksəlib. Komandanın mundiallardakı ən yaxşı nəticəsi 1970 və 1986-cı illərdə əldə etdiyi 1/4 final mərhələsidir.
Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. Tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi turnir iyulun 19-da başa çatacaq.














