Futbol üzrə dünya çempionatında Kolumbiya Qananı məğlub edib.

Kanzas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi minimal hesablı qələbə qazanıb – 1:0.

14-cü dəqiqədə Con Arias fərqlənib.

Bu nəticənin ardından 1/16 final mərhələsinin oyunlarına yekun vurulub. 1/8 finala yüksəlməyi bacaran Kolumbiyanın rəqibi İsveçrə olacaq.