UEFA Çempionlar liqasının pley-off mərhələsinə yekun vurulub. Bununla da 2025/2026 mövsümündə qitənin ən mötəbər klub turnirinin liqa etapında mübarizə aparacaq bütün komandalar müəyyənləşib. Bu 36 kollektiv reytinqləri nəzərə alınaraq 4 səbətə bölünüb. Birinci səbətdə “PSJ” (Fransa), “Real Madrid” (İspaniya), “Mançester Siti” (İngiltərə), “Bayern Münhen” (Almaniya), “Liverpul” (İngiltərə), “İnter” (İtaliya), “Çelsi” (İngiltərə), “Borussiya Dortmund” (Almaniya), “Barselona” (İspaniya), ikinci səbətdə “Arsenal” (İngiltərə), “Bayer Leverkuzen” (Almaniya), “Atletiko Madrid” (İspaniya), “Benfika” (Portuqaliya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Yuventus” (İtaliya), “Ayntraxt Frankfurt” (Almaniya), “Brüqqe” (Belçika), üçüncü səbətdə “Tottenhem” (İngiltərə), “PSV Eyndhoven” (Niderland), “Ayaks” (Niderland), “Napoli” (İtaliya), “Sportinq” (Portuqaliya), “Olimpiakos” (Yunanıstan), “Slaviya Praqa” (Çexiya), “Budö-Qlimt” (Norveç), “Marsel” (Fransa), dördüncü səbətdə isə “Kopenhagen” (Danimarka), “Monako” (Fransa), “Qalatasaray” (Türkiyə), “Yunion Sen-Jiluaz” (Belçika), “Qarabağ” (Azərbaycan), “Atletik Bilbao” (İspaniya), “Nyukasl” (İngiltərə), “Pafos” (Kipr), “Kayrat” (Qazaxıstan) klubları yer alıb. Komandalar 4-ü evdə, 4-ü səfərdə olmaqla 8 fərqli rəqibə qarşı oyun keçirəcək. Qeyd edək ki, Çempionlar liqasının liqa mərhələsinin püşkatma mərasimi bu gün saat 20:00-da start götürəcək və “CBC Sport”la canlı yayımlanacaq.
Dünya futbolu UEFA Çempionlar liqası: Əsas mərhələnin bütün iştirakçıları məlum oldu












