Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan atletika üzrə XXXV Qosanov Memorialına yekun vurulub.

Dünya Atletikası Kontinental Turun bürünc səviyyəli yarışının ikinci günündə mübarizəyə qoşulan atletlərimiz Yekaterina Sariyeva və Rüstəm Məmmədov uğurlu çıxış ediblər.

Hər iki atlet üçtəkanla tullanma növündə mükafatçılar sırasına düşüb. Sariyeva 13.47 metr nəticə ilə 2-ci yeri tutub. Məmmədov isə 15.85 metr göstərici ilə bürünc medal qazanıb.

Xatırladaq ki, Memorialın ilk günündə İlahə Quliyeva 400 metr məsafəyə qaçışda gümüş, Cabir Əliyev isə uzunluğa tullanma növündə bürünc medala sahib çıxıb.