“Tottenhem” klubu İngiltərə Premyer Liqasının digər təmsilçisi “Vest Hem”dən Portuqaliya millisinin yarımmüdafiəçisi Mateuş Fernandeşi heyətinə qatıb.

“Sportinq” klubunun akademiyasının yetirməsi 2025-ci ilin avqustunda “Vest Hem”ə transfer olunub. 21 yaşlı futbolçu ötən mövsüm bu komandanın heyətində Premyer Liqada 36 oyuna çıxaraq 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Portuqaliyanın U-18, U-19, U-20 və U-21 yığmalarında oynamış M.Fernandeş apreldə ABŞ-yə qarşı keçirilən yoldaşlıq görüşündə Portuqaliya millisində debüt edib.