Kişi basketbolçulardan ibarət Azərbaycan millisi final mərhələsi 2029-cu ildə baş tutacaq Avropa çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək.
Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv V turda səfərdə Lüksemburqla üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan millisi iyulun 5-də Bakıda İrlandiya ilə qarşılaşacaq. Komanda hazırda 5 xalla dördüncü pillədə qərarlaşıb. Şimali Makedoniya 8 xalla liderdir, ikinci sıradakı Lüksemburqun 6, üçüncü mövqedəki İrlandiyanın 5 xalı var.














