Bakıda Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə Olimpiya Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə MOK rəsmiləri, Azərbaycan idmanının tanınmış simaları və digər qonaqlar iştirak ediblər.

Tədbirdə 1952-1992-ci illərdə Olimpiya Oyunlarında medallar qazanmış Azərbaycan idmançıları haqqında geniş məlumat verilib.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycanın ilk olimpiya çempionu, veteran cüdoçu Nazim Hüseynov çıxış edərək tədbirin əhəmiyyətindən və görülən işlərdən danışıblar.

Çıxışlardan sonra kəndirdartma, qaçış üzrə yarışlar keçirilib. Sonda qaliblər medal və diplomlarla mükafatlandırılıblar.